“Bəlkə, Braziliyaya istirahətə göndərək?”

belke-braziliyaya-istirahete-gonderek
Oxunma sayı: 645

Sual: «Neftçi»nin “Avropa Liqası”nı udması üçün nə etmək lazımdır?

Emin Əfəndi, prodüsser:
- Avropa Liqasında udmaq üçün “Neftçi” «Running scared» mahnısını ifa etməlidir.

İsa Məlikov, bəstəkar:
- Mümkün olmayan heç nə yoxdur. “Neftçi” son bir neçə matçda da güclü rəqiblərə qarşı layiqli oyun nümayiş etdirmək bacarığını göstərib.

Tural Əsədov, aparıcı:
- Biz istəyəndə komandada oynaya bilirik. İndiki halda isə bunu çox istəyirik.

Murad Arif, teleaparıcı:
- Minimum hansısa futbol ölkəsində doğulmaqları lazımdır. Maksimum isə braziliyalılar kimi oynamağı öyrənməlidirlər.

DJ Fateh, radioaparıcı:
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə can sağlığı diləmək lazımdır.

Ədalət Şükürov, əməkdar artist:
- Uşaqlar, sadəcə olaraq, udmaq lazımdır!

Rahib Azəri, radioaparıcı:
- Fantaziyanı işə salmaq lazımdır!

Murad Dadaşov, şoumen:
- Rəqiblərə kulinar terroru təşkil etmək lazımdır. Yedizdirib meydançaya çıxarmaq lazımdır ki, yerlərindən tərpənə bilməsinlər.

Emin Musəvi, tele-radioaparıcı:
- Bəlkə oyunçuları Braziliyaya bir az istirahətə göndərək?

Miri Yusif, müğənni:
- Ancaq turnirin nəticələrini saxtalaşdırmaqla. Başqa, heç necə. qol.az