“Bəllidir ki, beyinləri inkişaf etməyib” - Şenol Günəş İslandiyada danışdı+Video

“Bəllidir ki, beyinləri inkişaf etməyib”
Oxunma sayı: 1428

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün İslandiya yığması ilə qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Şenol Günəş mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis komandasının Reykyavikə səfəri zamanı üzləşdiyi problemlərdən söz açıb. 

Günəş futbolçularının hava limanında 3 saat yoxlanışda qalmasına münasibət bildirib: “Bizə qarşı tərbiyəsizlik edilib. Böyük ölkələr kiçik işlər görməz. Belə hallar yalnız kiçik ölkələrin işidir. Futbol din, irq ayırmadan insanları birləşdirən dəyərdir. İslandiya dünya və Avropa çempionatında rəğbət qazandı. Onlara qarşı həmişə bir xoş hissim var idi, amma indi yoxdur. Mən 43 il öncə bura gəldim. Meydan böyük ola bilər, şəhər inkişaf edə bilər, amma bəllidir ki, beyinləri inkişaf etməyib. Hava limanında olan oldu. Gecə saat 3-də gəldik və günümüzün hamısı yorğunluqla keçdi. Matça yorğun halda çıxacağıq. 50-60 il öncə belə hallar baş verirdi və rəqibi yatmaqdan məhrum etməyə çalışırdılar. Artıq bunları geridə qoymaq lazımdır. UEFA nəzarət etməlidir”.

Qeyd edək ki, İslandiya – Türkiyə matçı saat 22:45-də başlayacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi