Elm adamlarından qadınlara şad xəbər

elm-adamlarindan-qadinlara-sad-xeber
Oxunma sayı: 690

“Qafqazinfo”nun məlumatına görə, “Journal of the American College of Cardiology”
dərgisində yer alan araşdrımada ifliç riski şokolad yeyən qadınlarda, heç yeməyənlərə nisbətən 20% az olduğu qeyd olunub.
Stokholmdakı Karolinska institutunda aparılan araşdırmaya yaşları 49-83 arasında dəyişən 33 min isveçli qadın qatılıb.
Kakaoda olan antioksidan xüsusiyyətinə sahib flavonoidlər, aşağı sıxlıqlı lipoproteinlərin (xolesterol) oksidlərinin qarşısını aldığı üçün ürək-damar və iflic xəstəlikləri riski azalır.
İlk dəfə Mayalar tərəfindən əsrər əvvəl hazırlanan və sehirli olduğu güman edilən şokoladın təzyiqi aşağı saldığı, insulin müqavimətini azaltdığı və qan laxtalanmasına əngəl olduğu müəyyən edilib.