Elmar Məmmədyarov ABŞ-a getdi

elmar-memmedyarov-abs-a-getdi
Oxunma sayı: 691

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfəri müddəti ərzində E. Məmmədyarovun 11 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirak və çıxışları nəzərdə tutulur. Tədbirlərdə iştirakı ilə yanaşı Nazir E.Məmmədyarovun BMT Baş Katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Xarici İşlər Naziri E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.