Elmar Məmmədyarovdan sərt açıqlama

elmar-memmedyarovdan-sert-aciqlama
Oxunma sayı: 628

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktına uyğun olaraq həll edilməsinin vacibliyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağa yalnız yüksək muxtariyyət verə bilər: “Ermənilər bizim insanları öz yurdlarından qovublar. Beynəlxalq aləm də bəyan edib ki, azərbaycanlı məcburi köçkünlər öz ərazilərini qayıdıb, muxtariyyətlə bağlı öz mövqelərini bildirməlidirlər. Ermənilər işğal altında olan Azərbaycan ərazilərindən çəkilsinlər, azərbaycanlılar geri qayıtsınlar”.

E. Məmmədyarov iyunun 18-də keçirilmiş Paris görüşündə ABŞ-ın münaqişənin həlli ilə bağlı yeni yanaşmalar təklif etməsi barədə suala cavabında isə deyib ki, həmin görüşdə yekun bəyanat imzalanıb. Həmsədrlər iyulda regiona səfər edəcəklər: “Proses davam edəcək. Biz çox istərdik elan edək ki, artıq razılaşma əldə olunub, artıq ermənilər işğal altında olan əraziləri tərk ediblər, köçkünlər geri qayıda bilərlər. Amma hələ ki, belə deyil. Düşünürük ki, bu, dondurulmuş münaqişə deyil və biz bunun həllini tapacağıq. Ermənistan qoşunları bütün işğal altında olan əraziləri tərk etməlidir”.