Elnur Məmmədli rəqiblərinin dizini yerə gətirdi - Fotolar

elnur-memmedli-reqiblerinin-dizini-yere-getirdi-fotolar
Oxunma sayı: 651

ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda təmsilçimiz Elnur Məmmədli qızıl medal qazanıb.

Olimpiya çempionumuz ilk mərhələdə yerli idmançı İslam Bozbayev, sonrakı döyüşdə italiyalı Françesko Bruyeronu mübarizədən kənarlaşdırdıqdan sonra, yarımfinalda ingilis İuan Bartondan üstün olub. Çempionluq uğrunda mübarizədə Takahiro Nakaiyə ipponla qalib gələn Elnur Məmmədli qızıl medalı aktivinə yazdırıb. Elnur Məmmədli qalib gəlməklə aktivinə 400 lisenziya xalı və 6 min dollar da yazdırıb.

Qeyd edək ki, yarışda iştirak edən digər cüdoçularımızdan İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (57 kq) Ramilə Yusubova (63 kq) və Elxan Məmmədov (-90 kq) ümidləri doğrultmayıblar.