Elşad İskəndərov Bakıdakı erməni kilsəsindən danışıb

elsad-iskenderov-bakidaki-ermeni-kilsesinden-danisib
Oxunma sayı: 640

Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Bakıdakı erməni kilsəsinin qorunması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.

İskəndərov bildirib ki, Ermənistanda bundan fərqli olaraq, Azərbaycan xalqına məxsus tarixi və islam abidələri dağıdılır.

Onun sözlərinə görə, Dövlət Komitəsi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində islam abidələrinin dağıdılması ilə bağlı hesabat hazırlayır, hesabat yaxın vaxtlarda beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

Dövlət Komitəsinin sədri bildirib ki, Eçmiədzin kilsəsinin ilk sənədlərində Dağlıq Qarabağda şöbəsinin olduğu əksini tapmayıb.

"Yalnız 19-cu əsrin ortalarında Qarabağdakı alban kilsəsi xüsusi göstərişlə ermənilərin ixtiyarına verilib. Ermənilər alban kilsələrindəki arxivi vəhşicəsinə məhv ediblər. Ancaq tarixi silmək olmaz. Bir müddət əvvəl Misirdə alban kilsələri ilə bağlı yazılı sənəd tapılıb. Biz bu faktları da beynəlxalq ictimaiyyətə təqdim edəcəyik", - İskəndərov əlavə edib.