Elşad Xosedən Oksananın ərinə sərt ittihamlar

elsad-xoseden-oksananin-erine-sert-ittihamlar
Oxunma sayı: 724

Reper Elşad Xosenin rəqqasə Oksana Rəsulova ilə evlənmək qərarını rəqqasənin ikinci ərinin mətbuata ötürdüyü xəbərlər dəyişməyəcək. Bu barədə “Qafqazinfo”ya açıqlamasında Elşad Xose bildirib. Reperin sözlərinə görə, əsl kişi belə hərəkət etməz: “Bu 50 yaşında kişiyə yaraşmayan hərəkət idi. İnsan nikahda da ola bilər, xəstəxanada da. Bunu əldə bayraq etməyin nə mənası var idi? O min cür yola əl ataraq yerli jurnalistləri pulla satın alıb bu xəbəri yaymaq istəyirdi. Heç kim Oksananın xətrinə bunu etmədi. Amma təkcə ANS Press reytinq xatirinə bunu etdi. Nə qazandılar? Mənim ANS-lə əvvəldən aram yox idi, verilişlərinə getmirdim. Bundan sonra Oksananı da ANS-in efirinə çıxmağına icazə verməyəcəyəm”.

E. Xosenin dediyinə görə, Oksananın ikinci əri ilə hələ də nikahda olduğunu bilirmiş: “Mən bunu bilirdim və Oksana ilə boşanmanı gözləyirdi ki, biz evlənək. Müəyyən şeylərə görə açıqlanmasını istəmirdik. O insan Oksana ilə nikah kağızını ancaq şəxsi, iş məqsədləri üçün istifadə edib. Artıq Oksana boşanmaq üçün ərizə verib və bu işlə onun vəkillər məşğul olurlar”.

Nigar Məmmədli