Elxan Poluxov səfir kimi fəaliyyətə başladı

elxan-poluxov-sefir-kimi-fealiyyete-basladi
Oxunma sayı: 645

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Y.Zuma ilə aparılmış söhbət zamanı səfir E.Poluxov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını ona çatdırıb və Azərbaycan Respublikasının Cənubi Afrikada ilk səfiri olmasından şərəf duyduğunu bildirib. Ölkələr arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan E.Poluxov bu vəzifəsində olduğu müddət ərzində Azərbaycanla CAR arasinda əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.
Prezident Y.Zuma öz növbəsində səfir E.Poluxovu salamlayaraq, ona işində uğurlar arzulayıb.
Görüşün sonunda prezident Y.Zuma bu mərasim çərçivəsində etimadnamələrini təqdim edən yeni səfirlər qarşısında Cənubi Afrika Respublikasının daxili və xarici siyasətinə həsr olunmuş nitqlə çıxış edib.