Əmanətlər üçün 7 mindən çox müraciət daxil olub

emanetler-ucun-7-minden-cox-muraciet-daxil-olub
Oxunma sayı: 656

Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir və onlar operativ şəkildə cavablandırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 mart 2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanına əsasən, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı vətəndaşlardan daxil olan sualların cavablandırılması məqsədilə Maliyyə Nazirliyində “Qaynar xətt” yaradılıb. Vətəndaşlar iş günləri saat 09.00-dan 18.00-dək (012) 404-46-03 nömrəsinə zəng edərək onları maraqlandıran sualları ünvanlaya bilərlər.
Eyni zamanda, Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi ([email protected]) vasitəsilə də suallara qısa zamanda cavab alamaq mümkündür.
Nigar Məmmədli