Əməkdar artist üçüncü dəfə ana oldu

emekdar-artist-ucuncu-defe-ana-oldu
Oxunma sayı: 686

G. Məmmədova ana olmasının sevincini bölüşüb: “Özümü çox yaxşı, gözəl hiss edirəm, uşaq da yaxşıdır və yanımdadır. Allahıma çox şükür ki, ana olmaq xoşbəxtliyini yenidən mənə yaşatdı. Ana olmaq gözəl hissdir, bunu bütün qadınlara arzu edirəm”.

5 yaşlı Səidə adlı qız, 4 yaşlı Miryaqub adlı oğlan övladı olan ifaçı doğulacaq körpənin adının da artıq qoyulduğunu dedi: “Bu oğlumun da adı Fikrət olacaq - qayınatamın adıdır. Bir qızımız, bir oğlumuz var, amma qayınatamın adını övladlarımdan birində yaşatmaq ürəyimdə qalmışdı. Qayınatam rəhmətə gedib, görməmişəm, amma yuxuma gəlib mənə xeyir-dua verib. Mən öz istəyimlə bu uşağı ona görə dünyaya gətirirəm ki, həm qayınatamın adını yaşadım, həm də evimizdə Fikrət sözü səslənsin”.

Nigar