Emin Ağalarovun konsertindən maraqlı məqamlar – Fotosessiya

emin-agalarovun-konsertinden-maraqli-meqamlar-fotosessiya
Oxunma sayı: 737

“Qafqazinfo”nun məlumatına görə, anşlaqla keçən konsert bir çox maraqlı anları ilə yadda qalıb. Belə ki, iki saat davam edən konsertdə Emin repertuarındakı məşhur mahnılarını ifa edib.

Konsertdə E. Ağalarovun yaxın ailə üzvləri - anası, bacısı və nənəsi iştirak ediblər. Onların arasında müğənninin həyat yoldaşı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva da olub. Həmçinin, prezidentin digər qızı Arzu Əliyeva da nişanlısı Səməd Qurbanovla birgə konserti izləyiblər.

Konsert zamanı E. Ağalarov zala enərək L. Əliyevaya qızıl gül verib, xoş sözlər söyləyib, qazandığı uğurlarda payı olduğuna görə ona təşəkkürünü bildirib.

Digər maraqlı məqam isə Eminin fanatları tərəfindən cütlüyün ailə qurmalarının beş illiyinə həsr olunmuş tortun təqdim edilməsi olub.

Konsertdə Müslim Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak edib.


Qeyd edək ki, konsert xeyriyyə məqsədilə təşkil olunub.

Fotolar Facebook sosial şəbəkəsindəki VIP-LEYLA ALIYEVA səhifəsindən götürülüb.

Nigar Məmmədli