Emin Millinin toyundan görüntülər - Fotosessiya

emin-millinin-toyundan-goruntuler-fotosessiya
Oxunma sayı: 663


Keçmiş siyasi məhbus, gənc bloqçu kimi tanınmış Emin Milli ailə həyatı qurub. Toy noyabrın 12-də bir az fərqli biçimdə və fərqli məkanda olub. “Moon crown” restoranında təşkil olunan yığcam şənlikdə ölkənin tanınmış ictimai, siyasi xadimlərindən kimsə iştirak etməyib. Emin Milli və xanımı həyatlarının ən əlamətdar gününə qohumlardan başqa yalnız ən yaxın dostların rəng qatmasına üstünlük veriblər. Yeri gəlmişkən, Emin Millinin xanımı Tora rəssamdır.

Qeyd edək ki, gənclərin evlənəcəyi ilə bağlı iki həftə əvvəl “Qafqazinfo”da yer almışdı. Xəbərdə digər blogger Adnan Hacızadənin də nişanlandığı qeyd edilmişdi. Onun da yaxın vaxtlarda toyunun olacağı gözlənilir.

Xoşbəxt olsunlar.