Əmioğlular qan tökdü

emioglular-qan-tokdu
Oxunma sayı: 759

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Yeni Suraxanı qəsəbəsində törədilib. Samir Mədətovla əmisi oğlu Əhməd Həsənovun mübahisəsi dava ilə nəticələnib. Onlar bıçaqla bir-birlərinə xəsarət yetiriblər.
Hadisə ata söyüşü üstündə düşən mübahisədən sonra yaranıb. Belə ki, S.Mədətov bıçağı onun atasını söyən Əhməd Həsənovun sag nahiyəsinə soxub. Özün təhqir olunmuş hesab edən Əhməd isə bıçağı onun əlindən alaraq Samirin qarnına yeridib.
Hər iki şəxs xəstəxanada müalicə olunur.