Ben Ladenin oğlu “11 sentyabr” terrorçusunun qızı ilə evləndi

ben-ladenin-oglu-11-sentyabr-terrorcusunun-qizi-ile-evlendi
Oxunma sayı: 2510

Terrorçu Usama ben Ladenin oğlu ABŞ-da 2001-ci ilin 11 sentyabr terrorunu törədən Məhəmməd Attının qızı ilə evlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə The Guardian gənclərin qohumlarına istinadən məlumat yayıb. 

Qohumlarının sözlərinə görə, ehtimal ki, Həmzə ben Laden “Əl Qaidə” təşkilatının liderlərindən biri olub və atasının ölümünə görə qisas almaq niyyətindədir. 

Həmzə ben Laden Usama ben Ladenin Pakistanda yaşayan üç arvadından birinin oğludur. O, dəfələrlə ABŞ, Böyük Britaniya, Fransa və İsrailə qarşı müharibəyə başlamaqla bağlı çağırışlar edib.

Xatırladaq ki, Usama ben Laden 2011-ci ilin mayın 2-də Pakistanda yaşadığı evdə Amerika hərbçiləri tərəfindən qətlə yetirilib.