Ən seksual aparıcı verilişini dayandırdı

en-seksual-aparici-verilisini-dayandirdi
Oxunma sayı: 650

Milli.Az xəbər portalının məlumatına görə, daim qalmaqallı efirləri və seksual aparıcısı ilə diqqət cəlb edən "Qızıl Pillə" verilişi efirini dayandırıb. Bu barədə "Qızıl Pillə"nin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində verilişin yaradıcı heyəti məlumat yerləşdirib.

Məlumatda yazılıb:

"Bilirik, çoxlarınız üçün gözlənilməz xəbərdir, amma artıq söyləmək zamanı çatdı. Bu gün "Qızıl Pillə" verilişinin son buraxılışıdır. İlk dəfə 2009-cu ildə efirə çıxan veriliş ötən illər ərzində həm sevildi, həm də tənqid olundu. Amma nəticə etibarilə, yalnız bir fakt var: "Qızıl Pillə" adı bu gün Azərbaycanda bir brenddir. Bu uğura görə illər ərzində bizimlə əməyi keçən əməkdaşlarımıza dərin təşəkkürümüzü bildiririk".

Məlumatın ardınca, verilişin bütün əməkdaşlarının adı qeyd olunaraq, onlara təşəkkür bildirilib. Heyət tamaşaçılarına xüsusi təşəkkür edib: "Ən böyük təşəkkürlərimiz Siz tamaşaçılaradır. Nə yaxşı ki, varsınız! Bizi tək buraxmadığınıza görə minnətdarıq!" - deyə yazılıb.

Qeyd edək ki, efirə başladığı gündən mövzularından başqa, "Qızıl pillə" seksual aparıcısı ilə də daim diqqət çəkib. Hətta bu səbəbdən aparıcı Zemfira Adıgözəlovanı "Azərbaycanın Kseniya Sobçak"ı da adlandırırlar.