Benetton dünyasını dəyişdi

benetton-dunyasini-deyisdi
Oxunma sayı: 1977

İtaliyanın məşhur milyarderi, “Benetton” brendinin qurucularından Cilberto Benetton 77 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “Benetton Group”un banisi uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb.

Qeyd edək ki, bu ilin iyulunda Cilbertonun qardaşı Karlo Benetton da 75 yaşında dünyasını dəyişib.

Cilberto qardaşları Luçano, Karlo və bacısı Culiana ilə birlikdə 1965-ci ildə “Benetton” şirkətinin əsasını qoyub.