Benzinin qiyməti qalxdı

benzinin-qiymeti-qalxdi
Oxunma sayı: 673

Belə ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin arxada qalan 8 ayı ərzində qida məhsullarının qiymətinin 7.5 faiz artması qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-istehlak məhsullarının artımı 3 faiz olub, xidmət sahəsində isə 2.1 faiz artım qeydə alınıb.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, iyul ayı ilə müqayisədə avqustda qiymətlər mövsüm amili ilə bağlı 0.6 faiz ucuzlaşıb. Qida məhsullarında 1 faiz, qeyri-istehlak məhsullarında 0.1 faiz, xidmət sahəsində də 0.1 faiz ucuzlaşma qeydə alınıb.

Amma bununla belə Ermənistanda ötən ay benzin və dizel yanacağının qiyməti bahalaşıb. Ötən ay əvvəlki ayla müqayisədə benzinin qiyməti 0.1 faiz, dizel yanacağının qiyməti isə 0.2 faiz artıb. Ötən ili analoji dövrü, yəni ötən ilin avqust ayı ilə müqayisədə Ermənistanda benzin və dizel yanacağının qiyməti 24.6 faiz və 29.9 faiz bahalaşıb.