Ər-arvad öz evlərində yandı

er-arvad-oz-evlerinde-yandi
Oxunma sayı: 683

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vurğun qəsəbəsində 1930-cu il təvəllüdlü Yolçu Abbasqulu oğlu Vəliyevə məxsus evdə yanğın baş verib. Hadisə zamanı ev sahibi, 82 yaşlı kişi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən evin konstruksiyaları söndürüldükdən sonra ev sahibinin 80 yaşlı həyat yoldaşı Güllü Rəsul qızı Vəliyevanın yanmış meyiti tapılıb.

Qeyd edək ki, faktla əlaqədar araşdırma aparılır. İlkin ehtimala görə, yanğına qaz sobası səbəb olub.