Bərdə sakini özü qazdığı məzarda dəfn edildi

berde-sakini-ozu-qazdigi-mezarda-defn-edildi
Oxunma sayı: 781

Bərdə sakini mərhum Hacı Nadirin əməli eşidənləri heyrətə gətirir. O, sağ ikən qəbiristnalıqda özünə ev hazırlayıb və orada yaşayıb. 

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ömrünü qəbiristanlıqda başa vurduqdan sonra öz istəyi ilə elə oradaca dəfn olunub. Hətta onun məzarı qəbiristanlıqda yaşadığı otaqdakı yatağının altında əvvəldən hazır olub.
 
Daha qəribəsi odur ki, o özündən əvvəl vəfat etmiş övladlarını da hamısını eyni qəbirdə, mərtəbəli şəkildə dəfn etdirib. Məqsədi hər qəbir üçün əlavə yer tutmamaq olub.