Bərdə sakinində külli miqdarda narkotik və silah-sursat aşkarlandı

berde-sakininde-kulli-miqdarda-narkotik-ve-silah-sursat-askarlandi
Oxunma sayı: 1423

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, fevralın 22-də daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı Bərdə rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə ümumi çəkisi 170.49 qram olan herion, 1 ədəd sellofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb.

Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rəşad Türkoğlu