Bərdə xəstəxanasında 3 günlük körpə öldü

berde-xestexanasinda-3-gunluk-korpe-oldu
Oxunma sayı: 1279

Bərdə xəstəxanasında üç günlük körpə ölüb.

“Qafqazinfo”nun “Report”a istinadən xəbərinə görə, Bərdə rayon sakini Hüseynova Ofeliya Aydın qızı oktyabrın 4-də rayon mərkəzi xəstəxanasının Doğum evində oğlan uşağı dünyaya gətirib. 

Körpə bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, bu, O.Hüseynovanın dördüncü övladı olub.