Bərdədə 17 yaşlı oğlan bıçaqlandı

berdede-17-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 1280

Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.