Bərdədə bir nəfər Kürdə batıb

berdede-bir-nefer-kurde-batib
Oxunma sayı: 643

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
 
“Qafqazinfo”nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.