Bərdədə ev yandı

berdede-ev-yandi
Oxunma sayı: 848

Bərdədə yanğın baş verib. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bərdə rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin aynabəndinin yanar konstruksiyaları 12 m2 sahədə və bir otağının tavanı 1 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.