Bərdədə kanaldan kişi meyiti tapıldı

berdede-kanaldan-kisi-meyiti-tapildi
Oxunma sayı: 1005

Bərdə rayonunun Zümürxan kəndi ərazisində şəxsiyyəti məlum olmayan, təxminən 50-55 yaşlarında kişi su kanalında boğulub.

"Qafqazinfo" xəbər verir ki, onun meyiti kanaldan çıxarılaraq Bərdə rayon Mərkəzi Xəstəxanasının morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.