Bərdədə mağazalar yandı - Yarım milyonluq ziyan+Yenilənib

berdede-magazalar-yandi
Oxunma sayı: 2800

Bərdə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bərdə rayonunda “köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində sahibkarlara 500 min manata yaxın ziyan dəyib.

Oxu.az-ın məlumatına görə, yanğın qısa zamanda 12 mağazanı kül edib.

Sahibkarların sözlərinə görə, yanğın nəticəsində onlara təxminən 500 min manatadək ziyan dəyib.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.