Bərdədə “Mercedes” aşdı, yaralılar var - Foto

berdede-mercedes-asdi-yaralilar-var
Oxunma sayı: 1823

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. 

“Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.