Bərdədə qamışdan tikilmiş ev yandı

berdede-qamisdan-tikilmis-ev-yandi
Oxunma sayı: 771

Bərdədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Bərdə rayonunun Kətəlparaq kəndində ümumi sahəsi 80 m2 olan, qamışdan ibarət birmərtəbəli 3 otaqlı tikili 24 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.