Bərdədə qanunsuz balıq ovlayan şəxs tutuldu

berdede-qanunsuz-baliq-ovlayan-sexs-tutuldu
Oxunma sayı: 2384

Bərdə rayonunda Kür çayından qanunsuz balıq ovu edən sakin saxlanılıb.

"Qafqazinfo" un məlumatına görə, Kür çayının Bərdə rayon Mollagüllər kəndi ərazisindən keçən hissəsində cərəyan ilə qanunsuz balıq ovu edən rayonunun Qarağacı kənd sakini 1978-ci il təvəllüdlü Qasımov Elmir Məhəmməd oğlu rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qanun pozucusu E.Qasımovdan çoxlu sayda balıq, 1 ədəd sintetik saplı və cərəyanla işləyən tor ilə akkumulyator götürülüb. Faktla bağlı Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.