Bərdədə qatarla yük avtomobili toqquşdu - Video

berdede-qatarla-yuk-avtomobili-toqqusdu
Oxunma sayı: 2139

Bərdə rayonunun Gərənə kəndi ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Oxu.az-a istinadən xəbərinə görə, yanacaq daşıyan teplovozla “Patron” günəbaxan tumu aparan “Hyundai” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.