Bərdədə tiryəkxana aşkar edildi - İki alıcı iş başında yaxalandı+ Fotolar

berdede-tiryekxana-askar-edildi
Oxunma sayı: 3455

Bərdə şəhər sakininin evində tiryəkxana aşkarlanıb.

Bərdə rayon polis şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə,  şəhər sakini Novruzov Mirxaliq Mirkazım oğlunun evində tiryəkxana saxlaması müəyyən edilib.

Əməliyyat axtarış tədbirləri nəticəsində M. Novruzovun yaşadığı evin həyətində tikiliyə baxış keçirilərkən narkotik vasitələrin istehlakı və hazırlanması üçün nəzərdə tutulan bir ədəd çuqun kasa, 23 ədəd  istifadə olunmuş şpristlər, tərəzi və daşları, eləcə də M. Novruzovun üzərindən 60 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Həmin vaxtı tiryəkxanaya heroin alıb istifadə etmək üçün gələn rayon sakini 32 yaşlı Anar Quliyev və 27 yaşlı Eldəniz Əliyev saxlanılıb.

M. Novruzov bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində CM-nin 238.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanıb.