Berdiməhəmmədovun ağ rəngə olan sevgisi - Yeni qadağaya səbəb oldu

berdimehemmedovun-ag-renge-olan-sevgisi
Oxunma sayı: 8789

Türkmənistanda qara rəngli avtomobillərə qadağa qoyulub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu qərar ölkə prezident Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Qeyd edək ki, Türkmənistanda 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuş, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilmişdi.

2018-ci ildən etibarən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar. Avtomobilin rənglənməsi 1000-3000 dollara başa gəlir.