Ərdoğan 40 dəqiqə tıxacda qaldı - Fotolar

erdogan-40-deqiqe-tixacda-qaldi-fotolar
Oxunma sayı: 643

Türkiyənin baş naziri bu gün İstanbulda tıxaca düşüb.

“Qafqazinfo”nun məlumatına görə, Ərdoğanın evdən 10 dəqiqə tez çıxması, 40 dəqiqə yolda tıxacda qalmasına səbəb olub. Cəmi 10 10 metr gedəndən sonra baş nazirin maşını böyük tıxaca düşdü.

Yol polisi isə baş nazirin vaxtından tez çıxacağından xəbərsiz olduğundan maşınların istiqamətini dəyişdirməkdə çətinlik çəkib, üstəgəl yağışın yağması vəziyyəti bir az da gərginləşdirib.

Beləliklə, baş nazirin 40 dəqiqə tıxacda qalmasına baxmayaraq, çox sakit olduğu, hətta operatorlara əl də etdiyi kadrlardan görünür.