Ərdoğan aclara yardım payladı - Fotosessiya

erdogan-aclara-yardim-payladi-fotosessiya
Oxunma sayı: 696

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişuda enən Ərdoğan Cəzirə bölgəsindəki Qızılay düşərgəsini ziyarət edib. Əksəriyyəti qadın və uşaqlardan ibarət olan 250 nəfərlik düşərgədə baş nazir somalilərlə söhbət edib, ərzaqların paylanılmasına yardım edib. Cəzirədən sonra Ərdoğan heyəti ilə birgə Mədinədəki Hovlada düşərgəsinə yollanıb. Burada onu, Somali prezidenti Şeyx Şerif Əhməd, Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan, qızları Sümeyya Erdoğan və Əsra Albayrak müşayiət ediblər. Daha sonra Somali prezidenti baş nazir Ərdoğanı qəbul edib.