Ərdoğan Fransada həbs olunacaqmı? - Məqalə

erdogan-fransada-hebs-olunacaqmi-meqale
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, qəzetin yazarı Timothy Garton Ash Fransada 1915-ci il hadisələrinin “soyqırım olduğunu inkar etməyi” cinayət sayan qanun layihəsini ifadə azadlığına qarşı basqı olaraq təqdim edib.

Müəllif məqaləsində Fransada Senatın gələn bazar ertəsi keçiriləcək səsvermədə parlamentdən keçən layihəni ifadə və tarixi araşdırma azadlığı naminə rədd edilməsinin vacibliyini yazır.

Ash, Senatın layihəyə 1789-cu ildəki Fransa inqilabından sonra yayımlanan “İnsan və vətəndaş haqları Bəyannaməsi”nin “düşüncələrin və inancların sərbəst ifadə edilməsi ən dəyərli insan haqlarıdnan biridir” deyən 11-ci maddəyə uyğun əleyhinə çıxmağı zəruri sayır.

“Burada məsələ Osmanlı imperiyasının son illərində ermənilərin qətlinin qorxunc olub-olmadığı, ya da türklərin və ya avropalıların yaddaşında qəbul edib-etməmələri vacibliyi deyil”, deyən müəllif belə davam edir: “Problem budur, bu qorxunc hadisələrin benəlxalq hüquqda yeri olan “soyqırımı” ifadəsiylə tanıdılmasına qarşı çıxmaq Fransada, ya da başqa bir ölkədə cinayət olmalıdırmı? Məşhur Osmanlı tarixi üzrə mütəxəssis Bernard Levis ermənilərin çəkdiyi əzabları daha az göstərməyə çalışmadan tamamilə bu məqamın əleyhinə çıxmışdı. Yaxşı, Fransa parlamenti dünya tarixi və digər ölkələrin keçmişdə elədiklərinə dair qərarlar verən bir məhkəmə kimi davranacaq səlahiyyətə sahidirmi? Bu sualın da cavabı budur: Xeyr!”


Layihənin, sadəcə, “soyqırımı” inkar etməyi deyil, miqyasının azaldılmasını cinayət sayılmasına diqqət çəkən müəllif yazır: “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransaya rəsmi səfəri zamanı bu mövqeyinə görə həbs olunacaqmı?”