Ərdoğan Fransaya qarşı sanksiyaları açıqlayacaq

erdogan-fransaya-qarsi-sanksiyalari-aciqlayacaq
Oxunma sayı: 664

Ərdoğan qanun layihəsi parlamentdə qəbul ediləcəyi təqdirdə bu ölkəyə qarşı mərhələ - mərhələ bəzi addımlar atacaqlarını deyib. “Sabah verəcəyim açıqlamada çox güman ki, ilk mərhələdə atacağımız addımları açıqlayacağam. Sonra 2-ci və 3-cü mərhələdə həyata keçiriləcək sanksiyaları da açıqlayacağam. Sarkozinin səs toplamaq üçün atdığı bu addım Türkiyə - Fransa münasibətlərinə zərər verəcək. Yaxşı ki, hazırda sosial-demokrat düşüncəyə sahib bir quruluş var. Təmənna edirəm ki, bu quruluş mövcud hakimiyyətin atdığı addımı yaxşı dəyərləndirər, senat daha əvvəl olduğu kimi bu səhvi düzəldər və Türkiyə - Fransa münasibətləri həmişəki kimi davam edər”.

Fransada olan türk əhalinin ermənilərdən daha çox olduğunu bildirən Ərdoğan Türkiyə ilə eyni düşüncələri bölüşən insanların milyonlarla olduğunu qeyd edib. “Bu gün Fransada 500 000 erməni varsa 550 000 türk vətəndaşımız var. Həmçinin bildirirəm ki, Fransada bizim fikirlərimizi bölüşən bəlkə də 2, 3, 4 milyon insan var. Bütün bu insanlar atılan səhv addımı bilmirdilər. Amma hesab edirəm ki, sabah bu qanun qəbul edilərsə fransızların arasında da əks reaksiya çoxalacaq. Mən cümə günü İstanbulda beynəlxalq bir tədbirdən sonra bu barədə ətraflı açıqlama verəcəyəm”.

Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Sarkozinin Abdullah Gülün telefonlarına cavab verməməsini uğursuz diplomatiya kimi qiymətləndirib. “Bu, uğursuz bir diplomatiyadır. Beynəlxalq münasibətlərdə belə səhvə yol verilməz. Sarkozi öz şəxsiyyətini nümayiş etdirdi”.

anspress