Ərdoğan İbrahim Tatlısəslə birgə – Fotosessiya

erdogan-ibrahim-tatlisesle-birge-fotosessiya-
Oxunma sayı: 677

Üzləşdiyi silahlı basqından sonra müalicə aldığı Xəstəxanadan çıxan İbrahim Tatlısəs Almaniyaya gedib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 80 gündür bu xəstəxanada həkimlərin nəzarətində olan Tatlısəs Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ziyarətindən sonra buraxılıb. Şəxsi avtomobili ilə buradan ayrılan və İstanbulun Sabiha Gökçen Aeroportuna gələn Tatlısəs elə şəxsi təyyarəsi ilə də Almaniyaya gedib.

Onun Almaniyanın Münhen şəhərindəki Murnau Klinikasında əməliyyat olunacağı bildirilib. Uşaqları və köməkçisi də onu yalnız buraxmayıblar.

Nigar Məmmədli