Ərdoğan: “İndi də millətimiz danışır”

erdogan-indi-de-milletimiz-danisir
Oxunma sayı: 686

Həyat yoldaşı Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan ilə birlikdə seçki məntəqəsinə daxil olan Ərdoğan komissiya üzvləri ilə qucaqlaşdı. Onlara şəxsiyyət vəsiqəsini göstərən Ərdoğan səsvermə bülletnini qutuya atmazdan əvvəl mətbuat nümayəndələrinə poz verdi.

Ərdoğan zərfi 2182 nömrəli seçki qutusuna atdı. Ardından Əminə Ərdoğan və qızı Sümeyyə Ərdoğan səs verdi.

Jurnalistlərə danışan Ərdoğan. "Dünən axşam etibarı ilə 18.00-da bu prosesi bitirdik. Meydanlarda biz danışdıq, indi də millətimiz danışır. Millətimiz bu gün milli iradəsini ortaya qoymaqla, qarşıdakı 4 il bu ölkəni kimin idarə edəcəyi qərarını vermiş olacaq. Təbii ki, bu bizlər üçün hörmət edilməsi lazım olan bir qərar olacaq. Aldığım xəbərlərə görə səsvermə prosesi çox gözəl və sağlam davam edir. Millətimə xeyirli olmasını diləyirəm” deyib.