Ərdoğan İsrailə müharibə elan edə biləcəyini açıqladı

erdogan-israile-muharibe-elan-ede-bileceyini-aciqladi-
Oxunma sayı: 730

“Doqquz nəfərin öldürülməsi faktiki olaraq müharibə üçün səbəbdir. Biz məsələni bu yöndən nəzərdən keçirmirik və böyük millət olaraq səbr nümayiş etdiririk”, - deyə Ərdoğan bildirib.

Türkiyə İsrailə mühabirə elan edəcəkmi sualına isə baş nazir belə cavab verib:

“Əgər zərurət yaranarsa, biz bunu edəcəyik. 2010-cu ildə biz böyüklük göstərərək başqa cür davranmaq qərarına gəldik. Lakin mənim üçün maraqlıdır, ABŞ beynəlxalq sularda 9 vətəndaşı öldürülsəydi özünü necə aparardı?”

Ərdoğan əmin edib ki, İsrail ilə münasibətlər normallaşa bilər. Onun sözlərinə görə, İsrail bunun üçün 3 şərti yerinə yetirməlidir:

“Reydə görə üzr istəməli, öldürülənlərin ailələrinə təzminat ödəməli və Qəzzanın mühasirəsini aradan qaldırmalıdır”.

Ərdoğan həmçinin bəyan edib ki, “İsrail Qərbin korlanmış və ərköyün uşağıdır”.