Ərdoğan Kılıçdaroğludan 100 min istəyir

erdogan-kilicdarogludan-100-min-isteyir
Oxunma sayı: 646

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Baş nazir CHP sədrindən 100 min lirə təzminat istəyir.

Buna səbəb isə CHP liderinin dünənki çıxışında “Öz ölkəsini, öz xalqının maraqlarını qorumayan adama xain deyilir" ifadəsi olub. Ərdoğanın vəkilləri iddia edir ki, CHP liderinin məqsədi bu ifadələrlə baş naziri təhqir etmək olub. Şikayət ərizəsində qeyd edilir ki, baş nazirə ünvanlanan ifadələr təhqir hesab edilir və söz azadlığı çərçivəsini aşır.