Ərdoğan Suriya prezidentinə sərt mesaj göndərdi

erdogan-suriya-prezidentine-sert-mesaj-gonderdi-
Oxunma sayı: 654

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, “əl-Cəzirə” telekanalına müsahibə verən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən hadisələrə toxunub. Hazırda Suriyadakı Bəşər Əsəd rejiminin törətdiyi əməllərin İslam prinsip və dəyərlərinə zidd olduğunu deyən Ərdoğan bu ölkədə cərəyan edən prosesləri yaxından izlədiklərini qeyd edib.

Baş nazir Bəşər Əsədin etdiklərinə düşmən olduqlarını, belə ki, Suriya rejiminin xalqla davranışının bəşəri prinsiplərlə üst-üstə düşmədiyini bildirib. Habelə o, ölkəsinin sərhədlərinin Suriya ordusu tərəfindən pozulması hallarının davam edəcəyi təqdirdə NATO-ya üzv olan ölkə kimi lazımi addımların atılacağını vurğulayıb.

Türkiyənin Suriyadakı vəziyyətdən ciddi narahatlığını ifadə edən Baş nazir baş verənlərdən dolayı bu ölkədəki müxalif qüvvələrin yanında olacaqlarını deyib. Ərdoğan indiyədək 25 mindən çox suriyalının Türkiyəyə sığındığını xatırladaraq, bütün qərarların Suriya xalqının mənafeyini nəzərə alınaraq, qəbul edildiyini xüsusi qeyd edib.