Ərdoğana hücum etdilər

erdogana-hucum-etdiler
Oxunma sayı: 687

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə BMT-nin baş qərargahı qarşısında olub. Naməlum şəxs Fələstin muxtariyyətinin lideri Mahmud Abbasın BMT Baş Assambleyasında çıxışından əvvəl Türkiyənin baş nazirinə hücum etməyə çalışıb. Ərdoğanın mühafizəçiləri hücum edənin qarşısını alıblar. Baş nazirin zərər çəkmədiyi xəbər verilir.
Hadisəni görən diplomatlar hadisənin çox sürətlə baş verdiyini deyiblər. Hücumun səbəbləri bilinməsə də, lakin onun Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatla bağlı olması barədə fərziyyələr də irəli sürülür.