Ərdoğandan Sarkoziyə - Sanksiya

erdogandan-sarkoziye-sanksiya
Oxunma sayı: 628

Bu sanksiyalara görə, ilk olaraq Türkiyənin Parisdəki səfiri Tahsin Burcuoğlu Ankaraya geri çağırılacaq. Türkiyə Fransanın da Ankaradakı səfirini geri çağırılmasını istəyəcək. Əks halda fransalı səfir "persona non qrata" elan ediləcək.

Ankara iki ölkə arasında təmsilçilik səviyyəsini baş katib səviyyəsinə endirəcək. Fransadakı hərbi attaşelər geri çağırılacaq və Fransanın Ankaradakı hərbi attaşelərinin akkreitasiyalarını ləğv edəcək.

Ankaranın reaksiyası tək diplomatiyayla da məhdud qalmayacaq. Qanunun qəbul eidlməsi ilə aşağıdakı tədbirlər görüləcək:

-Fransa şirkətləri heç tenderə buraxılmayacaq. Fransalı ortağı olan türk şirkətləri də tenderlərə qatıla bilməyəcəklər.

- Fransa ilə kəşfiyyat məlumatlarının paylaşılmasına son veriləcək.

- Türkiyənin hava məkanı Fransa hərbi təyyarələrinin üzünə tamamilə bağlanacaq.

- Fransa hərbi gəmilərinin Türkiyənin sularına girməsinə maneə törədiləcək.

- Türkiyə beynəlxalq qurumlarda Fransanın siyasətini təsdiqləməyəcək.

- İran, Suriya və Orta Şərq mövzusunda Paris ilə məlumat paylaşmayacaq.

- Fransa ilə elm, texnologiya və mədəniyyət sahəsində də əməkdaşlıq tamamilə təxirə salınacaq.