Ərdoğanın bəyanatı gərginlik yaradacaq

erdoganin-beyanati-gerginlik-yaradacaq
Oxunma sayı: 637

“Qafqazinfo”nun Türkiyənin “Milliyət” qəzetinə istinadən əldə etdiyi məlumata görə, Ərdoğan Qəzzaya yardım aparan Türkiyə gəmilərini hərbi donanmanın müşayiət edəcəyini söyləyib. “Əl-Cəzirə” telekanalına müsahibə verən baş nazir “Mavi Mərmərə” gəmisindən sonra Aralıq dənizində heç bir Türkiyə gəmisinin hücuma məruz qalmayacağını bildirib.
Telekanal əməkdaşının, “Türkiyənin beynəlxalq sularda İsrailin hərəkətlərini təkrar edə bilərmi”, sualına Ərdoğan, “Türkiyənin dövlət və hərbi tərbiyəsi buna imkan verməz”, cavabını verib. Türkiyənin hər zaman məzlumun yanında olduğunu deyən baş nazir, İsrailin bombaladığı Fələstin torpaqlarında aclıqdan və geyimdən əziyyət çəkən insanların vəziyyətnə diqqət çəkib. Ərdoğan bildirib ki, Fələstində insanlar isarilin zülmü altında açıq həbsxanada yaşayırlar. Ərdoğanın bu bəyanatının Türkiyə və İsrail arasında yeni gərginliyə səbəb olacağı xəbər verilir.