Bərə qəzasında ölənlərin sayı 136-ya çatıb

bere-qezasinda-olenlerin-sayi-136-ya-catib
Oxunma sayı: 950

Tanzaniyanın Viktoriya gölündə bərə qəzasında ölənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, son rəqəmlərə görə ölənlərin sayı 136-ya çatıb. 

Qeyd edək ki, daha əvvəl bərə qəzasında 86 nəfərin batdığı açıqlanmışdı. 

Xatırladaq ki, insident ötən gün baş verib. Bərənin göyərtəsində 300-dən çox sərnişinin olduğu bildirilir.