Ərəb ilinin sonu

ereb-ilinin-sonu
Oxunma sayı: 669

Avropadakı iqtisadi böhran nəticəsində çoxlu hökümətlər istefaya getdi, zülmü 40 ilə dayanan diktatorar yıxıldı, Yaponiyada elə bir zəlzələ oldu ki, bütün dünya AES partlaması təhlükəsi ilə üz-üzə qaldı, Somalidə aclıqdan və susuzluqdan ölənlərin sayı minlərlə ölçülməyə başladı.

2011 bizə nə verdi?

2011 Ərəb dünyası üçün dönüş nöqtəsi oldu. Ölkələrini dəmir yumruqla idarə edən diktatorlara illərlə səbr edən xalq küçələrə çıxdı. Nümayişçilərə göstərilən təzyiq və həbslər də onları durdura bilmədi. Sosial paylaşım saytların vasitəsilə koordinasiya edilən inqilablar bir birinin ardınca diktatorları devirdi.
Tunisdə səyyar satıcı Məhəmməd Buazizin polisə cavab etiraz əlaməti olaraq özünü yandırdı, bu da etiraz dalğalarının başlamasına rəvac verdi. Fitilini Buazizinin çaxdığı Ərəb baharı il ərzində başda Tunis, Misir və Liviya olmaqla bütün ərəb ölkələrində özünü göstərdi. Düzdür Liviyada məsələyə NATO-nun qarışması müxaliflərə xeyli kömək oldu. Yəmən, Bəhreyn və Küveytdə də ərəb baharı iqtidarları sarsdı. Yəməndə dövlət naziri Əli Abdulla Saleh, Kuveytdə isə hökümət istefaya getməli oldu.
Amma ərəb baharının uğursuzluqla nəticələndiyi ölkələrdə oldu. 2011 Suriya üçün qan və göz yaşı ili oldu. Əsəd rejimi 5 mindən çox insanın canını aldı. Baxmayaraq ki, dünya dövlətləri Suriyaya qarşı sanksiyalar tətbiq etdi. Ərəb ölkələri Birliyinin Xarici İşlər Nazirləri Misirin paytaxtı Qahirədə görüşərək Suriyanın bu birlikdə təmsilçiliyini asqıya aldı. Amma heç bir cəza və xəbərdarlıq Əsədi geri çəkilməyə vadar edə bilmədi.

İqtisadı böhran və etiraz dalğaları

Avropadakı evro böhranı və Amerika iqtisadiyyatının vəziyyəti 2011 ci ildə iqtisadiyyatları alt üst etdi. Avqustun 4-də Nyu York birjası sözün əsl mənasında qara bir gün keçirdi. Beləliklə də İqtisadı böhran özü ilə etiraz dalğalarını da gətirdi. Afina, Roma, London və Madriddə nümayişçilər küçələrə çıxdı. Bu nümayişlər Yunanstanda Papandreunun, İtaliyada isə Berluskoninin sonunu gətirdi. Yayda Nyu Yorkda “Wall Street-i işğal et” hərəkatı başqa ölkələrə də yayılaraq, bərabərlik və social ədalət məsələsini gündəmə gətirdi. İngiltərədə bir gəncin polis tərəfindən vurulması üsyan dalğalarının genişlənməsinə, sonunda isə 215 nəfərin həbsinə gətirib çıxardı.
Bununla belə iqtsadi böhran Avropanın siyasi həyatını önəmli şəkildə dəyişə bildi. Böhran insanları illərlə dəstəklədikləri siyasətçilərə, siyasi partiyalara və ya hökümətlərə başqa gözlə baxmağa vadar etdi. Bu da onların çoxunun tutduqları postlatlarla vidalaşmasına gətirib çıxardı. Məsələn, İrlandiyada vaxtından öncə parlament seçkiləri keçirildi və xalq müxalifət partiyasına səs verdi. Nəticədə bütün hökümət dəyişdi.

Sentyabrda isə İrlandiya prezidentini də dəyişdi. Danimarka baş nazirini, Latviya, İspaniya və Portuqaliya parlamentin tərkibini və baş nazirini dəyişdi. Fransada 1958-ci ildən bu günə qədər ilk dəfə olaraq solçular çoxluqla qalib oldular. Seçimlərdə Sarkozi ən az 23 yer itirdi.

Yunanıstanın baş naziri Papandreu və İtalyada Berluskoninin getməsini zatən qeyd etmişdim.
Avropada ən son etiraz dalğalarının qurbanı Xorvatiya höküməti oldu. Parlament seçkilərində səs çoxluğunu müxalifət partiyalarına verən xalq artıq böhranla mübarizə apara biləcək yeni bir hökümət istəyini reallaşdırdı.
Avropada bir neçə ölkə öz prezidentini də dəyişdi: Bolqarıstan, Kosovo və Dnestryanı ölkələr.

Bəs 2012 bizə nə vəd edir?

Bu il də siyasi hadisələrlə çox zəngin gözlənilir (baxmayaraq ki, gözlənilməyən hadisələr də arzuolunandır).
Moldaviya, Rusiya, Fransa və Finlandiya prezident seçkilərinə hazırlaşır.
Rusiyada prezident seçkilərinə etiraz dalğaları artıq başlayıb. Fransada isə Sarkozinin seçici səsi itirməsi faktını yuxarıda qeyd etmişdik. Bəlkə keçən ilin sonunda Almaniya kansleri Anqela Merkellə evronun gələcəyi ilə bağlı əldə etdiyi razılaşma və Erməni soyqırımını inkar edənlərə cəza tətbiqi qərarı Sarkoziyə bir az daha səs gətirə bilər. Amma yenə də onun durumu parlaq görünmür.
Azərbaycanda durum 2011 ci il üçün parlaq olmadı. İlin əvvəlində ərəb baharından həvəslənən müxalifət mitinqlərə başlayaraq bütün prosesi məhv etdi. Halbuki prosesi sosial paylaşım saytlarının vasitəsilə isti tutaraq, ərəb ölkələrindəki prosesləri sonuna qədər izləmək, uğurlardan dərs, uğursuzluqlardan nəticə çıxararaq, Rusiyada proseslər başlayan zaman hərkətə keçmək daha məqsədəuyğun olardı. Nəticədə 2 aprel mitinqini ilə əlaqədar onlarla insan həbs olundu. Polis mitinqləri dağıtdı. Hələ maarifləndirilməmiş, prosesə hazır olmayan xalq da mitinqçilərin arxasında durmadı, qorxdu və geri çəkildi.
Ərəb baharının nəticələrindən çəkinən hökümət “Rüşvətxorluq və korrupsiyaya qarşı kampaniya” elan etdi. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət hesab olunan rüşvətxorluq və korrupsiya ilə mübarizə təəsüf ki, heç kampaniya xarakterli də olmadı. Və tezliklə bitdi.
Nəticədə müxalifətin başı həbsdə olanların azad olunması ilə bağlı mübarizəyə qarışdı. Amma büdcə pullaraının havaya sovrulması, tikilən və sökülən yollar, bahalaşma, sadəcə 10 manatlıq artımlar, jurnalist ölümü və sair kimi ölkəmizə xarakterik olan proseslər öz axarında davam etdi. Sonda yenə də xalq uduzdu.

Neynəməliyik?

Əvvəlcə onu qeyd etməliyəm ki, mən bir vətəndaş kimi inqilabın əleyhinəyəm. İnqilab həmişə proqnozlaşdırılmayandır, dağıntılarla, fəsadlarla müşayət olunur. Onun nəticəsində hakimiyyətin kimin əlinə keçəcəyini təxmin etmək olmaz. Hələ bizim kimi bir ölkədə. Amma dəyişiklik olmasa inqilab vacib və mütləq olacaq. Hətta inqilab istəməyənlər belə bu yola gedəcək, çünki çıxış yolu qalmayacaq. Bəs dəyişikliklər üçün nə lazımdır? Öncə qeyd edim ki, Azərbaycanda 2012-də hərəkətlənmələr mütləq olacaq. Ərəb baharından həvəslənən proses iştirakçıları, Rusiyada artıq başlayan etiraz dalğalarının artan xətt üzrə davamında mütləq burda da yeniliklər istəyəcəkdir. Amma bu, mütləq və mütləq bütün müxalifətin bir araya gəlməsi, birləşməsi nəticəsində uğurla sonlana bilər. İnsanlar bütün hikkələrini, ambisiyalarını, küskünlüklərini kənara qoyaraq bir araya gəlməli, hakimiyyətin dəyişməsinə, sonra da azad seçkilərin keçirilməsinə nail olmalıdırlar. Bunu unutmaq olmaz bu ildə prosesləri xırda intriqalara qurban versək, bizim heç 2018-də də şansımız qalmayacaq. Hakimiyyət isə inqilab kimi dağıdıcı bir prosesi önləyə bilər. Məsələn ilk iş 2 aprel mitinqində həbs olunan şəxslərin azadlığa buraxılması, insanların sosial təminatının möhkəmləndirilməsi və sair.. ola bilər. İslahatlar, islahatlar, islahatlar.. Azərbaycandakı mövcud sistemdə parlamentin buraxılması proseduru olmadığı üçün bunu tələb etmək məncə absurddur. 2013-cü il seçkilərinin azad və ədalətli keçirilməsi üçün bir koalisyon hökümət qurula bilər. Amma məncə xaricdən dəstək almasa müxalifət hakimiyyəti heç bir islahata və danışığa məcbur edə bilməyəcək. Sadəcə bunu unutmaq olmaz ki, xarici dəstəyin alınması üçün də, daxildə dəyişikliklərə nail olmağın da yolu yalnızca birləşməkdən keçir. Bəsdir ovlanmayan ayı dərisi üstündə savaşdıq, artıq ova çıxmaq lazımdır!