Beren hamiləlik sualına əsəbiləşdi

beren-hamilelik-sualina-esebilesdi
Oxunma sayı: 3431

Türkiyənin məşhur aktrisası Beren Saat hamilə olması barədə yayılan xəbərlərə münasibət bildirib. 

"Qafqazinfo" xəbər verir ki, Bir müddətdir ki, ana olacağı ilə bağlı məlumatlar yayılan və ABŞ-da müalicə aldığı iddia edilən Beren media nümayəndələrinin sualına qısa cavab verib.

O, Türkiyəyə qayıdarkən hava limanında mətbuat üzvlərini görüb və əsəbiləşib: “Siz buraya da gəldiz? Haqqımda xəbər yayırsız, sonra da cavab almaq istəyirsiz. Özünüz yazırsız, özünüz sual verirsiz. Nə cavab verim?”