Beren Saat eks-sevgilisinin fotosunu paylaşdı, tənqid olundu

beren-saat-eks-sevgilisinin-fotosunu-paylasdi-tenqid-olundu
Oxunma sayı: 2897

Son vaxtlar həyat yoldaşı, müğənni Kenan Doğuludan boşandığı iddiası ilə gündəmdən düşməyən aktrisa Beren Saat yenə də adından söz etdirməyi bacarıb.

“Qafqazinfo”nun məlumatına görə, o, instaqram hesabında 2004-cü ildə qəzada ölən eks-sevgilisi ilə çəkilmiş şəklini paylaşaraq ürək smayliki qoyub.

Onun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, izləyicilərin bir qismi Berenin bununla ərinə qarşı hörmətsizlik etdiyini bildirsələr də, digərləri onun keçmiş sevgilisinə vəfa göstərdiyini deyiblər.