Beren Saat iki aylıq hamilədir

beren-saat-iki-ayliq-hamiledir
Oxunma sayı: 3828

Türkiyənin məşhur aktrisası Beren Saat ana olacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Söylemezsem olmaz” verilişində məlumat verilib. 

Bildirilir ki, serial və kino ulduzu iki aylıq hamilədir. Xəbəri Berenin əri olan Kənan Doğulunun yaxın dostu təsdiqləyib. 

Qeyd edək ki, daha əvvəl mətbuatda dəfələrlə Kənan və Beren cütlüyünün övlad sahibi olması barədə xəbərlər yayılmışdı.